Avropa Oyunları: Komandamız bürünc medal qazana bilər

Avropa Oyunları: Komandamız bürünc medal qazana bilər

Azərbaycanın qadın stend atıcıları Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medal qazana bilərlər.

Fanat.Az xəbər verir ki, Regina Meftəhətdinova, Nurlana Cəfərova, Sevda Nəcəfovadan ibarət komandamız skit növündə təsnifat mərhələsində 4-cü yeri tutub.

Yığma üçüncülük uğrunda Çexiya ilə görüşəcək.

Bu gün həmçininin güllə atıcıları Ruslan Lunyov və Nigar Nəsirova növbəti çıxışlarını ediblər.

Qarışıq komanda tapança ilə 25 metr məsafədən atəş açmada təsnifat mərhələsini 525 xalla başa vurub.

Onlar 9 komanda arasında sonuncu yeri tutublar və final mərhələsinə yüksələ bilməyiblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər