Avropa Oyunları: Azərbaycan cüdo millisi mübarizəyə başlayır

Avropa Oyunları: Azərbaycan cüdo millisi mübarizəyə başlayır

Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün cüdo üzrə komanda yarışları keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığması 1/16 finalda Çexiya yığması ilə qarşılaşacaq. Cütün qalibi növbəti mərhələdə Fransa ilə üz-üzə gələcək.

Komandamızın heyətində Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanova (hər ikisi +70 kq) yer alıb.

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, bu yarışlar komandalararası Avropa çempionatı statusuna da malikdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər