Avropa Oyunları: Azərbaycan badmintonçusu medalsız qaldı

Avropa Oyunları: Azərbaycan badmintonçusu medalsız qaldı

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında medalsız qalıb.

Fanat.Az xəbər veri rki, fərdi kateqoriyada qrup mərhələsində ardıcıl üç qələbə qazanan idmançı 1/8 finalda mübarizəni dayandırıb.

O, Finlandiya təmsilçisi Kalle Kolyonenə məğlub olub. Hər iki hissədə Azərbaycan badmintonçusunu üstələyən Kolyonen (2:0 - 21:18, 21:14) 1/4 finala yüksəlib.

Ən güclü 16-lıqda mübarizəni dayandıran Edi 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına 2750 reytinq xalı qazanın.

Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində Avropa çempionatı statusu daşıyır.

Qadın badmintonçu Keyşa Fatimə Zəhra da bu gün fərdi kateqoriyada 1/8 final görüşünə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər