Avropa Məhkəməsi FİFA və UEFA-nın qadağalarını qanunsuz elan etdi

Avropa Məhkəməsi FİFA və UEFA-nın qadağalarını qanunsuz elan etdi

Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə  Avropa Superliqasının yaradılmasını yasaqlamasını qanunsuz sayıb.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, məhkəmə futbol qurumlarının Avropada monopoliya formalaşdırmaq hüququnun olmadığını elan edib.

Bu isə o deməkdir ki, Superliqa yaradıla bilər.

2021-ci ilin aprelində Avropanın 12 klubu yeni Superliqa yaradıldığını açıqlamışdı. Buraya İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi. Həmin ilin mayında Superliqa UEFA və FİFA-nın rəqabət qanunlarını pozduğunu əsas gətirərək Avropa Məhkəməsinə şikayət etmişdi. 

Sonradan tənqidlər fonunda 9 klub “Barselona” və “Real"ın maraqlı olduğu layihədə iştirakdan imtina edib. Beləliklə, yeni qərara əsasən, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FİFA yarışlarından kənarda qala bilməz.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər