Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa kubokunun ilk günündə Azərbaycan cüdoçuları 6 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib.
Fanat.Az xəbər verir ki, turnirin ilk günü 8 çəki dərəcəsində 138 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub.
Qızlar
-40 kq Nigar Məmişova qızıl medal Xədicə Abdullayeva bürünc medal Gülşən Hüseynova bürünc medal
-44 kq Aytac Yoçuzadə gümüş medal
-48 kq Vüsalə Hacıyeva qızıl medal
-52 kq Xədicə Qədəşova gümüş medal
Oğlanlar
-50 kq Nihad Məmişov qızıl medal Məhəmməd Məmişov gümüş medal
-55 kq Mirxaliq İskəndərov qızıl medal Fərid Qarayev gümüş medal Ayxan Mirzəzadə bürünc medal Murad Fətullayev bürünc medal
-60 kq Məhəmməd Musayev qızıl medal Xanəhməd Şərifov bürünc medal
-66 kq Cəsur İbadlı qızıl medal Mehdi Cəfərov gümüş medal