Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan yarışda 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunacaq.
Milli komandamıza kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik rəhbərlik edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirə 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançı qatılacaq.
Kişilər
-60 kq Babarəhim Mirzəyev Murad Əliyev Amin İsmayılov
-66 kq Tofiq Məmmədov Nazir Talıbov Kənan İsmayılov Rəşad Yelkiyev Eltac Yusifli
-73 kq Rüfət Şövlətov Nəriman Mirzəyev Kamran Süleymanov Qadir Hüseynov
-81 kq Məhərrəm İmamverdiyev
-90 kq Naim Hüseynov Fəqan Şamilov İbrahim Ağakişiyev
-100 kq Nihad Şıxəlizadə Şahin Əsədov Elmar Qasımov