Avropa Kubokuna qatılacaq cüdoçular açıqlandı

Avropa Kubokuna qatılacaq cüdoçular açıqlandı

Polşanın Poznan şəhərində 15-16 apreldə gənclər arasında Avropa Kuboku keçiriləcək. 

Fanat.Az xəbər verir ki, turnirdə 25 ölkədən 452 idmançı iştirak edəcək. Azərbaycan yarışda 12 çəki dərəsində 15 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

İdmançılarımız 17-19 aprel tarixlərində Poznanda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Qızlar 

-48 kq.  Leyla Dəmirova 

-52 kq.  Zeynəb Məmmədova 

-57 kq.  Lətifə Abbasova 

-78 kq.  Nərmin Əmirli 

+78 kq.  Nigar Süleymanova

Oğlanlar

-60 kq.  Nizami İmranov  Nurlan Kərimli  Murad Muradlı  Nicat Nağıyev

-66 kq.  Nicat Nağıyev  Samir Piriyev  Aydın Rzayev

-73 kq.  Qadir Hüseynov  Süleyman Əliyev 

-81 kq.  Ömər Rəcəbli  Əli Hacızadə 

-90 kq.  İsmayıl Zamanov  Əjdər Bağırov 

-100 kq.  Tamerlan Cabbarov 

+100 kq.  Kənan Nəsibov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər