27-28 mayda Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda 3 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.
-50 kq Bahadır Feyzullayev Nihad Məmişov
-55 kq Həsən Həsənli Murad Fətullayev
-60 kq Fərid Qasımzadə Nicat Süleymanov Ayxan Mirzəzadə