Avropa Kuboku: Məhəmməd Musayev Avstriyada rəqib tanımadı

Avropa Kuboku: Məhəmməd Musayev Avstriyada rəqib tanımadı

Cüdo üzrə Azərbaycan millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl medal qazanıb.

Fanay.Az Azərbaycan Cüdo Federasiyasının mətbuatxidmətinəistinadənxəbərverirki, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev çempion olub.

Cüdoçu finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan yığma medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər