Avropa Kuboku: Daha bir cüdoçumuzdan bürünc medal

Avropa Kuboku: Daha bir cüdoçumuzdan bürünc medal

Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində ardıcıl olaraq Keti-Cemima Yets-Braun (Böyük Britaniya) və Femke De Brüynə (Belçika) qalib gələn idmançı yarımfinalda Amihay Şeykdə (İsrail) uduzub. 3-cü yer uğrunda qarşılaşmada Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Günel Həsənli təsəlliverici görüşdə məhz Korenə uduzaraq medalsız qalıb.

78 kq-da yer alan Aytəkin Paşazadə isə startdaca Amber Velanda (Niderland) uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, yarışın ilk günündə Aytac Qardaşxanlı (63 kq) bürünc medal qazanıb.

***

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə böyüklər arasında açıq Avropa Kuboku turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə Azərbaycanın daha üç qadın cüdoçusu qüvvəsini sınayacaq. 

70 kiloqram çəki dərəcəsində çıxış edən Günel Həsənli startda xorvatiyalı Lusia Babiçlə, eyni çəkidəki Südabə Ağayeva Keti-Cemima Yets-Braunla (Böyük Britaniya) qarşılaşacaq. Aytəkin Paşazadə (+78 kq) isə ilk görüşdə Amber Velandın (Hollandiya) müqavimətini qırmağa çalışacaq. Ağayevanın döyüşü 1/16, digər iki təmsilçimizin dueli 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, turnirin ilk günündən sonra Azərbaycan komandasının hesabında bir medal var. Aytac Qardaşxanlı (63 kq) çıxışını bürünc mükafatla tamamlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər