Avropa Kuboku: Cüdoçularımızdan "gümüş" və "bürünc"

Avropa Kuboku: Cüdoçularımızdan "gümüş" və "bürünc"

Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə daha 5 cüdoçumuz tatami üzərinə çıxıb.

Təmsilçilərimizdən ən yaxşı nəticəni Rüfət İsmayılov (90 kq) göstərib. İdmançımız yalnız finalda uduzaraq gümüş medala yiyələnib. 81 kq-dakı milli üzvü Məhərrəm İmamverdiyev isə bürünc medalla kifayətlənib.

Beləliklə, turnirə 11 nəfərlik heyətlə qatılan komandamız bir gümüş və bir bürünc medalla 26 ölkə arasında 12-ci yer tutub. İlk pillədə isə 4 qızıl, 3 gümüş, 4 bürünc mükafatla ev sahibləri  qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər