Avropa Kuboku: Cüdoçularımızdan 10 medal

Avropa Kuboku: Cüdoçularımızdan 10 medal

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, yarışda 16 cüdoçu ilə təmsil olunan Azərbaycan cüdoçuları 10 medal - 2 "qızıl", 2 "gümüş" və 6 "bürünc" əldə ediblər.

Avropa Kubokunun ikinci günündə 73 kq çəkidə Səid Şərifov, 81 kq-da Amin Mehdiyev və Abdullah Rəhmətov, +90 kq-da Sübhan Axundov bürünc medal əldə edib.

Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində mübarizə aparıb. Cüdoçularımız iki gün davam edən yarışın ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə etmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər