Avropa Kuboku: Cüdoçularımız medal qazana bilmədi

Avropa Kuboku: Cüdoçularımız medal qazana bilmədi

Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa Kuboku yarışı start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə tatami üzərinə çıxan 6 təmsilçimizdən heç biri medal qazana bilməyib. Cüdoçularımızdan ən yaxşı nəticəyə 66 kiloqram çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov imza atıb. 22 yaşlı idmançımız yeddinci yerlə kifayətlənib.

Sabah - yarışın son günündə daha 5 təmsilçimiz mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Kubokunda 26 ölkədən 267 (176 kişi, 91 qadın) cüdoçu iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər