Braziliya millisinin 25 yaşlı müdafiəçisi Rodriqo Kayo okeanın o tayında qalacaq.
Fanat.Az xəbər verir ki, "San-Paulu”nun üzvü "köhnə qitə” klublarından aldığı çoxsaylı təkliflərə baxmayaraq "Flamenqo”ya keçib.
5 illik müqaviləyə qol çəkən arxa xətt oytunçusu 2023-cü ilin sonunadək yeni klubuna məxsusdu. "Flamenqo” müdafiəçini təxminən 5 milyon avroya transfer edib.
Kayonu "Milan”, "Roma”, "Latsio” və "Napoli” kimi İtaliya klubları ilə yanaşı, "Valensiya” da transfer etmək istəyirdi.
Fanat.Az