Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

Qazaxıstan Futbol Federasiyası (KFF) niderlandlı mütəxəssis Con vant Sxipi milli komandaya baş məşqçi təyin edib.

Fanat.Az xəbər verir ki, məlumatı KFF-nin mətbuat xidməti yayıb.

Bildirilib ki, mütəxəssislə müqavilə qurumun İcraiyyə Komitəsinin iclasından sonra imzalanacaq.

Con vant Sxip məşqçilik karyerası ərzində Niderlandın "Ayaks", "Tvente", "Zvolle", Meksikanın "Qvadalaxara" və Avstraliyanın "Melburn Siti" klublarına rəhbərlik edib. O, 2016-cı ildə "Melburn Siti" ilə Avstraliya Kubokunun qalibi olub. 62 yaşlı mütəxəssis həmçinin Yunanıstan və Ermənistan yığmalarını da çalışdırıb.

Con vant Sxip futbolçu kimi "Ayaks" və İtaliyanın "Cenoa" klublarının formasını geyinib. O, "Ayaks"ın heyətində dörd dəfə Niderland çempionu (1982, 1983, 1985, 1990), üç dəfə isə ölkə kubokunun qalibi (1983, 1986, 1987) olub.

Niderland millisinin üzvü kimi isə 1988-ci ildə Avropa çempionatının qızıl medalını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər