Avropa çempionu müəyyənləşdi

Avropa çempionu müəyyənləşdi

17 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Slovakiyada keçirilən final mərhələsinin həlledici qarşılaşmasında Rusiya və İtaliya milliləri üz-üzə gəlib. Qolsuz bitən matçın taleyini penaltilər seriyası həll edib. 5:4 hesabı ilə qalib gələn rusiyalılar 7 ildən sonra yenidən qitə çempionu olub.Qeyd edək ki, Azərbaycan yığması mübarizəni seçmə mərhələdə dayandırmışdı. Yığmamız ötən ilin payızında İspaniyaya 0:2, Polşaya 0:1, Bolqarıstana 1:4 hesabı ilə uduzaraq qrup sonuncusu olmuşdu. İdman24.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər