Avropa çempionu dopinqdə "ilişdi"

Avropa çempionu dopinqdə "ilişdi"

Güləş üzrə dünya çempionatlarının üçqat gümüş mükafatçısı, Avropa çempionu İrina Oloqonova antidopinq qaydalarını pozmaqda təqsirli bilinib.

Fanat.Az xəbər verir ki, məlumatı TASS yayıb. 

Rusiyalı idmançı 8 noyabr 2014-cü ildə qeydə alınmış antidopinq qayda pozuntusuna görə 24 aprel 2024-cü il tarixindən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

35 yaşlı Oloqonova 2014, 2015 və 2016-cı il dünya çempionatlarında ikinci olub. Onun aktivində Avropa çempionatlarının qızıl, gümüş və bürünc medalları da var.

Qeyd edək ki, İrina Oloqonova sonuncu dəfə 2024-cü ilin fevralında Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında iştirak edib. O, 1/4 finalda polşalı rəqibinə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər