UEFA 2016-cı il Fransada keçiriləcək Avropa çempionatının talismanını rəsmən təqdim edib. Fanat.az xəbər verir ki, bu barədə bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Final mərhələsi Fransada keçiriləcək yarışın rəmzi talismanı 16 nömrəli futbolkada olan oğlandı. Talismana ad qoymaqla bağlı müsabiqə davam edir. Müsabiqəyə 3 ad təqdim olunub. UEFA-nın rəsmi saytı vasitəsilə azarkeşlər "Driblou", "Qoaliks" və "SuperViktor" adları arasında seçim edir.
Qeyd edək ki, AVRO-2016-ın final mərhələsinin matçları Bordo, Lans, Lill, Lion, Marsel, Nitşe, Paris, Sen-Deni, Sent-Etyen və Tuluzada keçiriləcək. İlk dəfə olaraq Avropa çempionatının final mərhələsində 24 yığma iştirak edəcək.

Fanat.az