Avropa çempionatının qalibi müəyyənləşdi

Avropa çempionatının qalibi müəyyənləşdi
21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda baş tutan finalda Almaniya və Portuqaliya üz-üzə gəlib.
Gürcüstandan olan hakimlər briqadasının idarə etdiyi oyun almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 49-cu dəqiqəsində Lukas Nmeça vuraraq komandasına Avropa çempionluğu qazandırıb.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər