Avropa çempionatının ən gözəl qolu açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA Macarıstan yığmasının futbolçusu Zoltan Geronun Portuqaliya ilə qrup mərhələsində vurduğu qolu fərqləndirib.
3-cü tura təsadüf edən görüşdə Gero cərimə meydançası xaticində topu sinəsi ilə qəbul etdikdən sonra birbaşa tora göndərib. Bununla da hər iki komandanın qol şousu başlanıb. Macarıstan hesabda 3 dəfə önə çıxsa da, Portuqaliya hər dəfə bərabərlik qolunu vurub. Görüşün 3:3 hesablı nəticəsi hər iki komandanı növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, "AVRO-2016"nın qalibi Portuqaliya olub. Macarıstan isə 1/8 finalda Belçikaya 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Fanat.az