Avropa çempionatının bombardiri

Avropa çempionatının bombardiri

Avropa çempionatının bombardiri müəyyənləşib. Fanat.az xəbər verir ki, qitə birinciliyinin ən sərrast futbolçusu Fransadan Antoine Qrizmann olub.

Finalda Portuqaliyaya uduzan fransızların təsəlləsi bu uğur olub. "Atletiko"nun formasını geyinən futbolçu Avropa çempionatında 6 qol vurub. O, həmçinin 2 məhsuldar ötürmə edib.

Çempionluq sevincini yaşayan Kriştiano Ronaldo (Portuqaliya), Nani (Portuqaliya), Olivier Qiroud (Fransa), Dimitri Payet (Fransa), Alvaro Morata (İspaniya) və Qaret Beyl (Uels) hərəyə 3 dəfə fərqlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər