Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Fanat.az xəbər verir ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.
Çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.
Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Qanna Vasilenkov və İsveçdən Elin Yohanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Qrase Yakob Bullen olub. Təmsilçimiz bu dəfə də qalib gələrək qızıl medal qazanıb.
58 kq
1/8 final: Veranika İvanova (Belarus) - Natalya Sinişin 2:4
1/4 final: Ganna Vasilenko (Ukrayna) - Nataliya Sinişin 0:5
1/2 final: Nataliya Sinişin - Elin Yohanna Nilsson (İsveç) 12:2
FİNAL: Nataliya Sinişin - Qrase Yakob Bullen (Norveç) 3:1
69 kq
1/8 final: Gözəl Zutova - Dalma Kaneva (İtaliya) 3:5
70 kq
1/8 final: Azamat Nurikau (Belarus) - Gitinomaqomed Hacıyev 7:5
125 kq
1/8 final: Cəmaləddin Məhəmmədov - Vladislav Baytçaev (Rusiya) 6:3
1/4 final: Alan Zaseyev (Ukrayna) - Cəmaləddin Məhəmmədov 6:2
Fanat.az