Bu gün qadın voleybolçular arasında keçirilən Avropa çempionatında qrup mərhələsinə yekun vurulacaq. Fanat.az хəbər verir ki, Azərbaycan millisi qrupda son oyununu keçirib.
Komandamızın rəqibi Macarıstan olub. Hər iki komanda ilk iki turda Türkiyə və Belçikaya 0:3 hesabı ilə uduzduğundan, bu oyun onlar üçün son şansı idi. Çünki qalib gələn tərəf "pley-off"a çıхacaqdı. Millimiz bu vəzifənin də öhdəsindən gələ bilməyib. Komandamızın "qəniməti" bir set olub - 1:3.
AVRO-2015
Qrup mərhələsi
B qrupu
28 sentyabr
Azərbaycan - Macarıstan 1:3 (16:25, 28:26, 22:25, 16:25)
Hakimlər: Viktor Markov (Rusiya), Kor van Qompel (Hollandiya).
Merksem, Antverpen. "Lotto Arena".
| № | Komanda | O | Q | M | S/F | T/F | X |
| 1 | Belçika | 2 | 2 | 0 | 6-0 | 152-103 | 6 |
| 2 | Türkiyə | 2 | 2 | 0 | 6-0 | 153-114 | 6 |
| 3 | Macarıstan | 3 | 1 | 2 | 3-7 | 196-232 | 3 |
| 4 | Azərbaycan | 3 | 0 | 3 | 0-9 | 204-256 | 0 |
Fanat.az