Avropa çempionatında Azərbaycan-Türkiyə finalı

Avropa çempionatında Azərbaycan-Türkiyə finalı

Odivelasda (Portuqaliya) cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha iki idmançısı tatami üzərinə çıxıb.

Aslan Kotsoyev (81 kq) ardıcıl olaraq Litva, Moldova və Lüksemburqdan olan rəqiblərini məğlub etsə də, yarımfinalda serbiyalıya uduzub.

90 kq-da yer alan Ramazan Əhmədov isə Macarıstan, Yunanıstan və Fransa cüdoçularına qalib gələrək finala yüksəlib. Onun rəqibi Türkiyə təmsilçisi olacaq.

Qeyd edək ki, cüdoçularımız ilk iki gündə 8 (5-0-3) mükafat qazanıblar. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər