Avropa çempionatında 8 medal

Avropa çempionatında 8 medal
Bugünlərdə Rusiyanın Medin şəhərində universal döyüş üzrə 6-13 yaşlı idmançılar arasında Avropa birinciliyi keçirilib. Fanat.az xəbər verir ki, 12 ölkədən 220 idmançının iştirak etdiyi yarışda ölkəmizi universal döyüş üzrə milli komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 10 idmançı təmsil edib. 
Təmsilçilərimiz uğurla çıхış edərək vətənə 2 qızıl, 2 gümüş, 4 bürünc medalla dönüblər. Rahim İsmayılov (24 kq, 8-9 yaş) və Elvin Abdullazadə (50 kq, 12-13 yaş) bütün rəqiblərini üstələyərək fəхri kürsünün ən yüksək pilləsində yer alıblar. Rahim yarımfinalda Finlandiya, finalda isə Rusiya idmançısına qalib gəlib. Elvin isə bu mərhələlərdə müvafiq olaraq boqarıstanlı və rusiyalı rəqiblərini mübarizədən kənarlaşdırıb. 
Komandamızın digər üzvləri Nicat Məmmədov (55 kq) və Nərgiz Cəfərova (40 kq) 12-13 yaşlı idmançılar arasında gümüş medallara sahib çıхıblar. Bu yaş qrupunda daha bir idmançımız, Emin Fətullayev (45 kq) bürünc medal əldə edib. İsmayıl Məlikov (35 kq, 10-11 yaş), Uğur Əlizədə (40 kq, 10-11 yaş), Aydın Dadaşov (30 kq, 8-9 yaş) bürünc medallara sahib çıхıblar. 
Qeyd edək ki, bu universal döyüşçülərimizin 2015-ci ildə qatıldığı ilk Avropa birinciliyidi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər