"Avropa çempionatında 2 "qızıl"dan artığı mümkün deyil" - AÇIQLAMA

"Avropa çempionatında 2 "qızıl"dan artığı mümkün deyil" - AÇIQLAMA

"Cüdo yığmamızdan maksimum 2 qızıl medal gözləyirəm. Bundan artığı açığı, mümkün deyil".

Bunu Fanat.Az-a Azərbaycan millisinin aprelin 29-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək qitə çempionatında imkanlarını dəyərləndirərkən respublikanın əməkdar məşqçisi Tərlan Həsənov deyib. 

80 yaşlı qocaman mütəxəssis yığmanın liderlərindən olan yetirmələri - Hidayət Heydərov və Məmmədəli Mehdiyevdən də gözləntilərini açıqlayıb: 

"Avropa çempionatında 2 "qızıl"dan artığı mümkün deyil" - AÇIQLAMA

"60 və 66 kiloqramdakı idmançılarımız təcrübəsizdirlər. Bolqarıstanda medal qazanacaqları o qədər də real görünmür. Mənim əsas ümidim 73 və 90 kiloqramdakı cüdoçularımızadır. 73-dəki hər iki idmançıdan - Rüstəm Orucov və Hidayət Heydərovdan, 90-da isə Məmmədəli Mehdiyevdən medal gözləyirəm. Könül istəyər ki, qızıl medal olsun, ancaq bu, cüdodur, ani ehtiyatsızlıqdan zəif rəqibə də uduza bilərsən. Ümumilikdə, yığmadan 1, maksimum 2 qızıl medal gözləyirəm. Bundan artığı açığı, mümkün deyil. On gün əvvəl yığmanın məşqində oldum. Həm Hidayət, həm də Məmmədəli ilə söhbət etdim. Hər ikisi əla əhval-ruhiyyədədir. Builki uğurlu seriyanı Avropanın əsas yarışında da davam etdirəcəklərinə inamım böyükdür. Xüsusən Məmmədəli texnika cəhətdən çox artırıb".

Qeyd edək ki, mayın 1-dək davam edəcək Avropa çempionatında Azərbaycanı 11 cüdoçu (9 kişi, 2 qadın) təmsil edəcək

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər