Oktyabrın 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə U-23 Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib və nəticədə Azərbaycan təmsilçilərinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.
Kişilər
60 kq 1/8 final. Nazir Talıbov - Simone Aversa (İtaliya) / Emirhan Karahan (Türkiyə) cütünün qalibi Kənan İsmayılov - Ahmed Mulaliç (Bosniya və Herseqovina)
66 kq 1/16 final Ruslan Paşayev - Nikola Zorotoviç (Xorvatiya)
73 kq 1/16 final Rəşid Məmmədəliyev - Dominik Krol (Polşa) Nəriman Mirzəyev - Arsen Avedisyan (Ermənistan)
81 kq 1/16 final Məhərrəm İmamverdiyev - Nikola Stanişiç (Monteneqro)
90 kq 1/16 final İsmayıl Zamanov - Rayan Salman Riyksen (Böyük Britaniya)
100 kq 1/8 final Ruslan Nəsirli - Kilian Bulthuys (Niderland)
Qadınlar
48 kq 1/16 final Ramilə Əliyeva - Milkiça Dyuriç (Bosniya və Herseqovina) 1/8 final Könül Əliyeva - Rebeka Kosegi (Macarıstan)
52 kq 1/16 final Aydan Vəliyeva - Qabriela Dimitrova (Bolqarıstan)
63 kq 1/8 final Aytac Qardaşxanlı - Fruszina Peter (Macarıstan)
70 kq 1/8 final Sudabə Ağayeva - Sesilia Betemps (İtaliya)
78 kq 1/16 final Nərmin Əmirli - Yovana Stepanoviç (Serbiya)
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 30-dək davam edəcək. İlk iki gündə fərdi, son gündə isə qarışıq komanda yarışı baş tutacaq.