Avropa çempionatı: Nəbi İsgəndərovdan ikinci qələbə

Avropa çempionatı: Nəbi İsgəndərovdan ikinci qələbə

Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan ölkə çempionu Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi (Xorvatiya) də yarışdan kənarlaşdırıb.

Boksçumuz 1/8 final mərhələsi çərçivəsində ev sahibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib.

İsgəndərov 1/4 final qarşılaşmasına martın 19-da çıxacaq. Təmsilçimizin rəqibi fransalı Hüqo Qrau ilə olacaq.

Qeyd edək ki, bu gün axşam seansında yığmamızın digər üzvü Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər