Avropa çempionatı: Millimizdən biabırçı məğlubiyyət

Avropa çempionatı: Millimizdən biabırçı məğlubiyyət

21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığmamız A qrupundakı ikinci matçında Avstriyanın qonağı olub. 

"Kayne Zorgen Arena"da keçirilən qarşılaşmada millimiz 0:6 hesabı ilə darmadağın olub. 

Milan Obradoviçin başçılıq etdiyi millimiz qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. 

Avropa çempionatının seçmə mərhələsi 4 sentyabr A qrupu

20:00. Avstriya - Azərbaycan 6:0 Hakimlər: Amin Kurqheli, Yuri Xomçenko, Viktor Xetskov, Denis Şerbakov (Belarus) Rid, "Kayne Zorgen Arena"

Xal durumu: Norveç - 3, Finlandiya - 3, Xorvatiya - 3, Avstriya - 3 (2 oyuna), Azərbaycan - 0, Estoniya - 0 (2)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər