Avropa çempionatı: Mehdiyev və Kotsoyev bürünc medal qazandı

Avropa çempionatı: Mehdiyev və Kotsoyev bürünc medal qazandı
Azərbaycanın 2 cüdoçusu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə bürünc medal uğrunda görüşə çıxıblar.
Fanat.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev türkiyəli Mixael Zqankla, 100 kq-da Zelim Kotsoyev isə bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gəliblər.
 
Avropa çempionatı: Mehdiyev və Kotsoyev bürünc medal qazandı
Hər iki cüdoçu rəqiblərinə qalib gələrək, bürünc medal qazanıblar.
Yeganə qadın cüdoçu İrina Kindzerska finala yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər