Avropa çempionatı ləğv etdi

Avropa çempionatı ləğv etdi
19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2020-ci ildə keçirilməli olan Avropa çempionatı keçirilməyəcək. 
 
Fanat.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 
Final mərhələsi Şimali İrlandiyada nəzərdə tutulan turnir ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub. Mövcud durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.
Qeyd edək ki, final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər