Avropa çempionatı: İki ağırlıqqaldıranımız mübarizəyə başlayır

Avropa çempionatı: İki ağırlıqqaldıranımız mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha iki ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qüvvəsini sınayacaq.
Fanat.Az xəbər verir ki, 102 kq çəki dərəcəsində mübarizə aparan Əliş Nəzərov və Dadaş Dadaşbəyli körpücük üzərinə çıxacaq.
Nəzərov B, Dadaşbəyli isə A qrupunda yarışacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (59 kq) Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər