Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
Fanat.Az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri bəlli olub.
Ölkə təmsilçilərindən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.
Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.
Avropa çempionatı 15 oktyabr 1/8 final Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)
17 oktyabr 1/8 final Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)
19 oktyabr 1/4 final Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna) Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)
21 oktyabr 1/2 final Aynur Rzayeva (+81 kq) – Zayra Qarsiya (İspaniya)/Darya Kozores (Moldova)