Avropa çempionatı 5 qolluq qələbələrlə başladı

Avropa çempionatı 5 qolluq qələbələrlə başladı
Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatına start verilib. Fanat.az xəbər verir ki, qitə birinciliyinin açılış oyununda meydan sahibi Serbiya Sloveniya ilə qarşılaşıb.
Serblər bu görüşdə böyük hesabla qalib gəliblər. A qrupu çərçivəsində baş tutan matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə bitib.
B qrupunda isə İspaniya Macarıstanla qarşılaşıb. Bu oyunda da ispanlar 5 qolla qələbə qazanıb - 5:2.
Qeyd edək ki, qitə birinciliyinə vəsiqə qazanan Azərbaycan yığması ilk matçını D qrupu çərçivəsində İtaliyaya qarşı keçirəcək.
AVRO-2016
Qrup mərhələsi
I tur, 2 fevral
A qrupu
Serbiya - Sloveniya 5:1
Qollar: Yanyiç, 14-pen. Kociç, 21; 30. Rayçeviç, 27ş Prşiç, 34 - Osredkar, 30.
B qrupu
İspaniya - Macarıstan 5:2
Qollar: Nemet, 8 (avtoqol). Bebe 15. Miquelin, 20; 29. Andresito, 36 - Drot, 24; 38. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər