Avroliqada türk-rus döyüşü və "Qalatsaray" "Latsio"ya qarşı

Avroliqada türk-rus döyüşü və "Qalatsaray" "Latsio"ya qarşı
Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə 32 komanda 16 cütlüyə bölünüb.
Azərbaycan klublarının mübarizə aparmadığı mərhələdə Türkiyənin iki təmsilçisinin də rəqibləri müəyyənləşib. "Fənərbaxça" Türkiyə ilə siyasi münasibətləri gərgin olan Rusiyanın "Lokomotiv" klubuna rəqib olub. Moskva klubu bu mövsüm "Beşiktaş"la eyni qrupda mübarizə aparıb. Hər iki oyun eyni hesabla başa çatıb - 1:1.
Çempionlar Liqasında qrup üçüncüsü olaraq mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanan "Qalatasaray" isə italyanlara rəqib olub. Belə ki, "Cim-Bom" "Latsio"ya rəqib olub.
Qrup mərhələsində "Qarabağ"ın rəqibi oan "Tottenhem" "Fiorentina", "Anderlext" "Olimpiakos"la qarşılaşacaq. "Qəbələ"nin rəqinlərinə gəlincə, püşk "Borussiya"nın qarşısına "Porto"nu, "Krasnodar"ın qarşısına isə "Sparta"nı çıxarıb.
Qeyd edək ki, 1/16 finalın ilk oyunları fevralın 18-də, cavab qarşılaşmaları 25-də baş tutacaq.
Avropa Liqası
1/16 final
Valensiya (İspaniya) - Rapid (Avstriya)
Fiorentina (İtaliya) - Tottenhem (İngiltərə)
Borussiya (Dortmund, Almaniya) - Porto (Portuqaliya)
Fənərbaxça (Türkiyə) - Lokomotiv (Moskva, Rusiya)
Anderlext (Belçika) - Olimpiakos (Yunanıstan)
Midilyand (Danimarka) - Mançester Yunayted (İngiltərə)
Auqsburq (Almaniya) - Liverpul (İngiltərə)
Sparta (Çexiya) - Krasnodar (Rusiya)
Qalatasaray (Türkiyə) - Latsio (İtaliya)
Sion (İsveçrə) - Braqa (Portuqaliya)
Şaxtyor (Ukrayna) - Şalke (Almaniya)
Olimpik (Marsel, Fransa) - Atletik (İspaniya)
Sevilya (İspaniya) - Molde (Norveç)
Sportinq (Portuqaliya) - Bayer (Almaniya)
Vilyarreal (İspaniya) - Napoli (İtaliya)
Sent-Etyenn (Fransa) - Bazel (İsveçrə) 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər