Avropa Liqasının 1/4 finalın mərhələsinin cavab oyunlarından sonra yarışın rəmzi yığması açıqlanıb. Fanat.az xəbər verir ki, ən yaxşı "11-lik"də ən çox futbolçu ilə "Şaxtyor" təmsil olunub.
Ukrayna klubunun 3 üzvü fərqlənib. "Sevilya", "Liverpul" və "Vilyareal"ın 2, "Atletik" və "Borussiya"nın 1 üzvü ən yaxşılar arasına düşüb.
Qapıçı: Yaqo Herrerin (Atletik, İspaniya).
Müdafiəçilər: Dario Srna (Şaxtyor, Ukrayna), İvan Ordeç (Şaxtyor, Ukrayna), Timote Kolodzeyçak (Sevilya, İspaniya).
Yarımmüdafiəçilər: Marko Reus (Borussiya Dortmund, Almaniya), Viktor Kovalenko (Şaxtyor, Ukrayna), Ceyms Milner (Liverpul, İngiltərə), Filipp Koutinyo (Liverpul, İngiltərə), Samuel Kastilyo (Vilyareal, İspaniya).
Hücumçular: Kevin Qameyro (Sevilya, İspaniya), Sedrik Bakambu (Vilyareal, İspaniya).

Fanat.az