ÇL, AL və Avro-2020 ilə bağlı yekun qərar verildi - YENİLƏNİB

ÇL, AL və Avro-2020 ilə bağlı yekun qərar verildi - YENİLƏNİB
UEFA İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında avrokuboklar, Avro-2020 və Millətlər Liqası ilə bağlı qərarlar qəbul edilib.
 
Fanat.Az xəbər verir ki, Çempionlar Liqası 1/4 finaldan etibarən "səkkizlər finalı" formatında Portuqaliyanın paytaxtı Lisssabon şəhərində keçiriləcək. 1/4 final, yarımfinal və final görüşləri 12-23 avqust tarixləri aralığına nəzərdə tutulub. 1/4 final və yarımfinal mərhələləri bir matç üzərindən oynanılacaq.
 
ÇL-də 1/8 finalın cavab oyunlarının, planlaşdırıldığı kimi, ev sahibi komandaların meydanında keçiriləcəyi gözlənilir. Bu, mümkün olmasa, görüşlər Portuqaliyanın Portu və Gimaraynş şəhərlərində oynanıla bilər. Qarşılaşmalar 7-8 avqust tarixlərinə təsadüf edəcək.
 
Çempionlar Liqası
 
1/4 final - 12-13-14-15 avqust (günə bir oyun planlaşdırılır)
 
Yarımfinal - 18-19 avqust
 
Final - 23 avqust 
 
İstanbul 2021-ci il, Sankt-Peterburq 2022-ci il, Münhen 2023-cü il, London isə 2024-cü ildə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
 
Avropa Liqası 1/4 finaldan etibarən 10-21 avqust tarixləri aralığında "səkkizlər finalı" formatında Almaniyanın dörd şəhərində - Köln, Duysburq, Düsseldorf və Qelzenkirhendə keçiriləcək. Final matçı Kölndə yerləşən "Rayn Enerqi" stadionunda oynanılacaq.
 
Avropa Liqası
 
1/4 final - 10-11 avqust (günə iki oyun planlaşdırılır)
 
Yarımfinal - 16-17 avqust
 
Final - 21 avqust
 
2021-ci ildə Qdansk, 2022-ci ildə Sevilya, 2023-cü ildə isə Budapeşt AL-in finalına ev sahibliyi edəcək.
 
UEFA Superkuboku uğrunda oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
 
2021-ci ilə təxirə salınan Avro-2020-nin həvalə olunduğu 12 şəhərin hamısı ev sahibliyini rəsmi olaraq təsdiqləyib. Çempionata vəsiqə uğrunda pley-off görüşlərinin 8 oktyabr və 12 noyabr tarixlərində oynanılması qərara alınıb.
 
Millətlər Liqasının matçlarının 3-4-5, 6-7-8 sentyabr, 10-11, 13-14 oktyabr və 14-15, 17-18 noyabr tarixlərində keçiriləcəyi bildirilib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər