Avrokubokların püşkü nə vaxt atılacaq?

Avrokubokların püşkü nə vaxt atılacaq?

Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu. Bu gün isə Avropa Liqasında son turun oyunları keçriləcək. Bəs, növbəti mərhələlərin püşkü nə vaxt atılacaq?

Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərhələsi dekabrın 12-də baş tutacaq. Mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Çempionlar Liqasında 1/8 finala çıxan komandalar

1-ci səbət: Arsenal (İngiltərə), Napoli (İtaliya), Barselona (İspaniya), Atletiko (İspaniya), Monako (Fransa), Borussiya Dortmund (Almaniya), Lester (İngiltərə), Yuventus (İtaliya)

2-ci səbət: PSJ (Fransa), Benfika (Portuqaliya), Mançester Siti (İngiltərə), Bavariya (Almaniya), Bayer (Almaniya), Real (İspaniya), Portu (Portuqaliya), Sevilya (İspaniya)

Avropa Liqasında da 1/16 finalın püşkatma mərasimi eyni gündə baş tutacaq. Bu tədbir Bakı vaxtı ilə saat 16.00-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər