Bu gün avrokuboklar tarixində bir ilk yaşanacaq. Fanat.Az xəbər verir ki, ilk dəfə olaraq qitə miqyaslı turnirlərdə qadınların sahib olduğu iki klub üz-üzə gələcək.
Söhbət Avropa Liqasının II turu çərçivəsində baş tutacaq Hapoel (Ber-Şeva, İsrail) – “Sautqemton” görüşündən gedir. Belə ki, meydan sahiblərinin sahibi israilli Alona Barkatdır. Qonaq komanda isə isveçrəli Katarina Lixberdə məxsusdur.
Fanat.Az