Dünən axşam keçirilən 8 qarşılaşmadan sonra 16 komandanın taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu komandalardan səkkizi Çempionlar Liqasında mübarizə aparacaqlar, 4 komanda isə Avropa Liqasında yollarına davam edəcəklər. Qalan 4 komanda üçün isə bu mövsüm avrokuboklar bitib.
A qrupunda "Arsenal" qrup lideri olub, PSJ isə 2-ci pilləyə sahiblənib. Avropa Liqasına isə Bolqarıstan "Ludoqorets" yollanacaq. "Bazel" isə İsveçrə çempionatıyla kifayətlənəcək.
B qrupunda "Napoli" 1-ci pilləni, "Benfika" isə 2-ci pilləni tutub. "Beşiktaş"ın 3-cü pillədən aşağa düşməyəcəyi öncədən bəlli idi. "Dinamo" Kiyevin dünənki qələbəsi qapını bərk çırpmaqdan başqa heç nəyə yaramayıb.
C qrupunda "Barselona" liderliyi heç kimə güzəştə getməyib. "Mançester Siti" 9 xalla qrupda 2-ci pilləni tutub. 5 xallı Münhenqladbax "Borussiya"sı 3-cü olub. "Seltik" isə gözləniliyi kimi, qrup sonuncusu olmaq taleyi ilə barışıb.
D qrupunda 15 xallı "Atletiko" liderliyi əldən verməyib. "Bavariya"nın 2-ci olması müəyyən mənada gözlənilməz olub. Bu qrupun 3-cüsü isə "Rostov" Hollandiyada əldə etdiyi 1 xalla təmin edib. PSV üçün isə hər şey gələn mövsüm yenidən başlayacaq.
Fanat.Az