Avrokuboklara hansı klublarımız gedir?

Avrokuboklara hansı klublarımız gedir?
Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar bəlli olub. 
Fanat.Az xəbər verir ki, "Neftçi" qızıl medalların sahibi kimi Çempionlar Liqasına vəsiqəni təmin edib. Paytaxt təmsilçisi ÇL-in birinci mərhələsində "səpələnməmişlər” səbətində yer alacaq və daha güclü rəqiblə qarşılaşacaq.
"Qarabağ" 2-ci, "Sumqayıt" 3-cü pillənin sahibi olaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. Hə iki komanda ikinci mərhələdən mübarizə aparacaqlar.
Qeyd edək ki, Konfrans Liqasına son vəsiqənin sahibi mayın 24-ü keçiriləcək Azərbaycan kubokunun finalında "Keşlə" - "Sumqayıt" matçından sonra müəyyənləşəcək.
"Keşlə" qalib gəlsə, Konfrans Liqasına vəsiqəni təmin edəcək. "Sumqayıt"ın qalibiyyəti təqdirdə, ölkə çempionatında 4-cü yerin sahibi "Zirə" avrokuboklarda oynamaq hüququ qazanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər