AVRO-2020: İrlandiya UEFA-ya zəmənat verə bilmədi

AVRO-2020: İrlandiya UEFA-ya zəmənat verə bilmədi
İrlandiya AÇ-2020-yə ev sahibliyi hüququnu itirə bilər.
Fanat.Az xəbər verir ki, buna səbəb İrlandiya Futbol Assosiasiyasının Dublində keçirilməli olan oyunlarda azarkeşlərin iştirakını təmin etməklə bağlı UEFA-ya zəmanət verə bilməməsidir. 
UEFA Dublinlə bağlı son qərarı aprelin 19-da verəcək.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun-11 iyula təxirə salınıb. AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər