"AVRO-2020": Danimarka sonda "dirildi", Yunanıstan "sınmadı"

"AVRO-2020": Danimarka sonda "dirildi", Yunanıstan "sınmadı"
Bu gün "AVRO-2020"nin seçmə mərhələsində II tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, 3 qrupda 8 qarşılaşma baş tutub.
D qrupunda İsveçrə Danimarkanı, İrlandiya Gürcüstanı qəbul edib. Danimarka oyunun sonlarında coşaraq 3 topluq fərqi aradan qaldırıbsa, gürcülər minimal hesabla yenilib.
F qrupunda favoritlərdən İspaniya Maltanı 2 cavabsız qolla üstələyib. Norveçin qonağı olan İsveç isə möhtəşəm geri dönüşlə azarkeşlərini sevindirməyə yaxın olsa da, 90+7-ci dəqiqədə meydan sahibləri hesabı 3:3 edib. Rumıniya Farer adaları matçında sürpriz yaşanmayıb - 4:1.
J qrupunda İtaliya Lixtenşteyni darmadağın edibsə, Bosniya və Hersoqovina Yunanıstanla oyuna erkən qollarla başlayıb. Lakin elladalılar yekunda evə xalla dönməyi bacarıb. Bu qrupun daha öncə başlamış matçında isə Finlandiya rəqib meydanında Ermənistanı məğlubiyyətə uğradıb.
AVRO-2020
Seçmə mərhələ
26 mart
D qrupu

 

İrlandiya – Gürcüstan - 1:0

Hurihan, 36

 

İsveçrə - Danimarka - 3:3

Froyler, 19, Şaka, 66, Embolo, 76 - Yorgensen, 84, Gityayer, 88, Dalsqaard, 90+3

 

1.

İrlandiya

2

2

0

0

2:0

6

2.

İsveçrə

2

1

1

0

5:3

4

3.

Danimarka

1

0

1

0

3:3

1

4.

Cəbəllütariq

1

0

0

1

0:1

0

5.

Gürcüstan

2

0

0

2

0:3

0

 

 

F qrupu

 

Malta – İspaniya -0:2

Morata, 31, 73

 

Norveç – İsveç -3:3

Yonsen, 45, Kinq, 59, Kamara, 90+7 - Klaesson, 70, Quaysson, 86, 90+1

 

Rumıniya – Farer adaları -4:1

Deak, 26, Keseru, 29, 33, Puşkas, 63 - Davidsen, 40

 

1.

İspaniya

2

2

0

0

4:1

6

2.

İsveç

2

1

1

0

5:4

4

3.

Rumıniya

2

1

0

1

5:3

3

4.

Malta

2

1

0

1

2:3

3

5.

Norveç

2

0

1

1

4:5

1

6.

Farer Adaları

2

0

0

2

2:6

0

 

 

J qrupu

 

Ermənistan – Finlandiya - 0:2

Yensen, 14, Soiri, 78

 

Bosniya və Herseqovina – Yunanıstan -2:2

Viska, 10, Pyaniç, 15 - Fortunes, 64, Kolovos, 85

Qırmızı vərəqə: Pyaniç, 65 (Bosniya və Her.)

 

İtaliya – Lixtenşteyn -6:0

Sensi, 17, Veratti, 32, Kvalyarella, 35 (pen.), 45+3 (pen.), Kin, 70, Pavolotti, 77

Qırmızı vərəqə: Kaufmann, 45+2 (Lixtenşteyn)

1.

İtaliya

2

2

0

0

8:0

6

2.

Yunanıstan

2

1

1

0

4:2

4

3.

Bos. və Hers.

2

1

1

0

4:3

4

4.

Finlandiya

2

1

0

1

2:2

3

5.

Ermənistan

2

0

0

2

1:4

0

6.

Lixtenşteyn

2

0

0

2

0:8

0

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər