PSJ-nin müdafiəçisi Denzel Dümfris karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.
Xəbərə görə, 25 yaşlı futbolçu "Bavariya"nın diqqət mərkəzinə düşüb.
Niderland millisinin heyətində AVRO-2020-də parlaq çıxış edən müdafiəçi Ukrayna (3:2) və Avstriya (2:0) ilə matçlarda görüşün ən yaxşısı seçilib.
Aygün