Atletimiz Avropa çempionatında finala yüksəldi

Atletimiz Avropa çempionatında finala yüksəldi

Azərbaycan atleti Anna Skidan Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, çəkicatma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində 74,57 metr nəticə göstərib. Bu, Skidanın mövsümdəki ən yaxşı göstəricisi olub.

Final avqustun 17-də baş tutacaq.

Qeyd edək ki, Anna Skidan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər