“Atletik”, “Betis” və “Las Palmas”dan qələbə

“Atletik”, “Betis” və “Las Palmas”dan qələbə

İspaniya La Liqasında 20-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Las Palmas” “Vilyarreal”ı, “Atletik” “Real Sosyedad”ı, “Betis” də “Qranada”nı məğlub yola salıb. “Malyorka” - “Selta” matçında isə qalib müəyyənləşməyib.

Bu turun “Barselona” – “Osasuna”, “Atletiko” – “Rayo Valyekano” və “Xetafe” – “Real” görüşləri İspaniya Super Kubokuna görə təxirə salınıb.

İspaniya La Liqası 20-ci tur 12 yanvar

Sevilya – Alaves 2:3 Qollar: Mir, 70. Okampos, 82-pen – Tenalya, 26. K.Qarsiya, 40. Duarte, 90.

13 yanvar

Las Palmas – Vilyarreal 3:0 Qollar: K.Rodriqes, 8; 63. Hersoq, 51.

Malyorka – Selta 1:1 Qol: Larin, 43 – Aspas, 10.

Atletik – Real Sosyedad 2:1 Qollar: Berenqur, 30; 42 – Oyarzabal, 88.

Betis – Qranada 1:0 Qol: İsko, 76.

14 yanvar

17:00. Almeriya – Jirona 19:15. Kadis – Valensiya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər