Atası Məsut Özili məhkəməyə verib. Fanat.az xəbər verir ki, buna səbəb futbolçunun meneceri olan atasına olan borclarıdı.
Belə ki, oğlunun menecerliyini edən Mustafa Özilin şirkəti buna görə müəyyən faiz almalıdı. Lakin Məsut bu pulları doğma atasının şirkətinə ödəməyib. İddialara görə ötən ilin oktyabrınadək futbolçunun menecerliyi ilə məşğul olan şirkət ondan 630 min avro tələb edir.
Qeyd edək ki, Məsut ötən il atasını menecerliyindən məhrum edərək bütün hüquqları qardaşı Mutlu Özilə vermişdi.
Fanat.az