“Atam dəstəklədi, Rusiyanı seçdim”MÜSAHİBƏ

“Atam dəstəklədi, Rusiyanı seçdim”MÜSAHİBƏ

Rusiya millisinin azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçirdikləri oyunla bağlı yenə danışıb. Fanat.az xəbər verir ki, futbolçu rus həmkarımızın bir neçə sualını cavablandırıb.

 - Bakıdakı matçdan öncə narahatlıq yox idi?

 - Oyundan öncə cəmi 3 saat yatmışdım.

 -  Niyə belə narahat idiz? Orda üzləşə biləcəyiniz xoşagəlməz vəziyyətdən ehtiyatlanırdız?

 - Yox, tam başqa səbəblər var idi. Bəlkə də ona görə ki, bu, yığmamız üçün həlledici qarşılaşmaydı.

 - Oyundan sonra Azərbaycan yığmasının kapitanı ilə nəyisə müzakirə edirdiz. Yüksək tonda danışırdız?

 - Yox. Hər şey normal idi. Nə istədiyimizi aydınlaşdırdıq. Ortada qaranlıq məqam qalmadı.

 - Atanız o vaxt sizə Azərbaycan yığmasında oynamağa tələsməməyi tövsiyyə etməklə haqlı çıxdı və siz nəhayət Rusiya millisinə dəvət olunduz...

 - Hər şey o qədər də asan olmadı. Mən Rusiya yığmasında oynamağa qərar verəndə atam məni dəstəklədi. Şansımı gözləyirdim. İki il öncə Dik Advokat dönəmində debütüm reallaşdı. O vaxt bizim Slovakiya və Andorra ilə oyunlarımız qalırdı. İlk dəfə məhz həmin vaxt yığmaya çağırdılar.

 - 27 yaşınızda...

 - Elədi. Amma bunun üçün heç vaxt gec deyil. Ən azından mənə elə gəlir.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər