Assosiasiya rəsmilərinin Türkiyədə görüşləri davam edir

Assosiasiya rəsmilərinin Türkiyədə görüşləri davam edir
Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov və bu təşkilatın bölgə təmsilçisi Rauf Rüstəmov Türkiyənin Ankara şəhərində görüşlərini davam etdirir.
Fanat.Az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov Ankarada Türkiyə Özəl Sporçular Spor Federasiyasının rəhbəri Birol Aydın və federasiyanın idarə heyəti ilə görüşüb. Görüş zamanı təmsil olunan qurumların illik fəaliyyətləri müzakirə olunub. Tərəflər həm birgə fəaliyyətlərin mümkün perspektivlərini dəyərləndirib, həm də cari ildə Türkiyədə təşkil ediləcək təlim məşq  toplantılarında və yarışlarda Azərbaycandan olan seçmə  komandaların iştirakı barədə razılığa gəliblər.
Azərbaycan Autizm Assosiasiyasının üzv olduğu Türkiyə Özəl Sporçular Spor Federasiyası beş yüzdən artıq qurumu özünə birləşdirməklə dünyanın ən böyük idman federasiyalarından biridir.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər