Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Spartaks”ı qəbul edib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Asim start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 35-ci dəqiqədə sarı vərəqə də alıb.
6 tura 8 xal toplayan “Dauqavpils” turnir cədvəlində 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.